Britaniyanın “British Airways” aviaşirkətinin veb-saytı, mobil tətbiqi və digər onlayn sistemləri texniki problemlər səbəbindən fəaliyyətini dayandırıb.

AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, bu hal sərnişinlərin öz rezervasiyalarına daxil olmasına və digər məlumatlara çıxışına mane olub. Aviaşirkətin veb-saytında yaranan problem haqqında sərnişinlərə bildiriş göstərilib. Bildirişdə texniki nasazlığın yüksək tələbatdan qaynaqlandığı qeyd olunub. “British Airways” mobil tətbiqində də səhvlər baş verib və sistem düzgün yüklənməyib.

Bu texniki problemlər səbəbindən sərnişinlər onlayn qeydiyyatdan keçə, eləcə də rəqəmsal uçuş kartlarını əldə edə bilməyiblər. Aviaşirkət problemin həlli üçün tədbirlər görür.