Hərracda satılan ən bahalı “Apple” kompüteri olan iki “Macintosh” prototipindən biri 23 oktyabr 2024-cü ildə Bonhams hərracında yenidən satışa çıxarılacaq.

Bu barədə Gazeta.ru bildirir.

Məlumata görə, M0001 nömrəli kompüter ilk “Macintosh” prototipidir və onun fərqləndirici xüsusiyyəti 1984-cü ildə “Macintosh” ilə təqdim edilən 3,5 düymlük disk yeri əvəzinə 5,25 düymlük “Twiggy” (FileWare) disk yerinin olmasıdır.

2019-cu ildə M0001 Bonhams hərracında 150,075 dollara satılaraq, hələ də qırılmamış dünya rekordu qoydu. Stiv Cobs və Jeff Raskin tərəfindən imzalanmış “Macintosh” 128K ana platası ilə 132,049 dollara, Stiv Cobsun Next-də istifadə etdiyi “Macintosh SE” kompüteri isə 126,375 dollara satıldı. Hazırda mütəxəssislər M0001-i 80-120 min dollar dəyərində qiymətləndirirlər.

MƏNBƏOXU.AZ