Beynəlxalq hesablaşma sistemi SWIFT 2025-ci ildə kommersiya və mərkəzi bankların kriptovalyutalar və tokenləşdirilmiş rəqəmsal aktivlərlə əməliyyatlarını emal etməyə hazırlaşır. 2021-ci ildə başlanan sınaqlar göstərdi ki, hesablaşma sistemi özəl və ictimai blokçeynləri, mərkəzi bankın rəqəmsal valyutalarını və çoxsaylı rəqəmsal aktiv və valyuta şəbəkələrini birləşdirə bilir, SWIFT-in bəyanatında deyilir. SWIFT artıq öz xidmətini ictimaiyyətə təqdim etməyə hazırdır.

“Qlobal miqyasda rəqəmsal aktivlərin və valyutaların müvəffəqiyyəti üçün onların ənənəvi pul formaları ilə birlikdə mövcud ola bilməsi çox vacibdir”, – deyə SWIFT-in innovasiyalar üzrə baş direktoru Tom Şah bildirib.

“Bloomberg” SWIFT-in innovasiyalar üzrə baş direktoru Nik Keriqana istinadən xəbər verir ki, sınaq həm ödənişləri, həm də qiymətli kağızlar üzrə hesablaşmaları əhatə edəcək. Eyni zamanda, cənab Keriqan 2025-ci ildə sistemin sınaqdan keçirilməsində hansı bankların iştirak edəcəyini dəqiqləşdirməkdən imtina edib. SWIFT blokçeyn təcrübələrinin əvvəlki iştirakçılarına “Deutsche Bank”, HSBC, “NatWest Group”, “Santander” və “Sumitomo Mitsui Banking Corp” daxildir.