“Kirayə mənzil bazarında təklif portfeli məhdud olaraq qalır”.
Bunu açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O hesab edir ki, avqust ayının ikinci ongünlüyünə qədər proses oxşar şəkildə davam eəcək:
“Yalnız bundan sonra aktivlik müşahidə olunacaq. Belə ki, müraciətlərin sayında artımlar olacaq. Bu, müəyyən mənada qiymətlərə də təsir göstərəcək. Yəni, qiymət artımı gözlənilir”.