Şımkənt şəhərində Qazaxıstanın ən böyük stadionunun tikintisinə start verilib.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, 35 min nəfərin yerləşəcəyi yeni arenanın sahəsi 21 hektar olacaq. Stadionun tikintisinin 2026-cı ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır.
Hazırda Şımkəntdə yalnız 1969-cu ildə istismara verilmiş 18 min yerlik “Mərkəzi” stadion mövcuddur. Qazaxıstanda ən böyük stadion 30 min tamaşaçı tutumuna malik “Astana Arena”dır.