Honda, 2050-ci il karbon neytral hədəfinə doğru elektrikli avtomobil texnologiyalarına investisiyalarını 10 trilyon yapon yenə (təxminən 65 milyard dollar) yüksəltdiyini açıqlayıb.

Honda elektrik avtomobillərinə (elektromobillərə) 65 milyard dollar sərmayə yatıracaq.

Marja.az Şirkətdən verilən açıqlamaya istinadən xəbər verir ki, Honda elektrikə keçid təşəbbüsləri və investisiya strategiyası ilə bağlı keçirdiyi qlobal toplantıda gələcək planlarını açıqlayıb.

Plan çərçivəsində yeni nəsil fabrik sistemi və yeni avtomobil dizaynına 6 trilyon yen, proqram təminatının araşdırılması və inkişaf etdirilməsi işlərinə 2 trilyon yen və akkumulyator istehsalına 2 trilyon yen investisiya qoyulması hədəflənir. Şirkət bu investisiyalar ilə akkumulyatorların maya dəyərini 20 faiz, elektrikli avtomobillərin istehsal dəyərini isə 35 faiz azaltmağı planlaşdırdığını açıqlayıb.

Honda, elektrikli avtomobil (EV) və yanacaq hüceyrəli elektrik avtomobili (FCEV, hidrogenlə işləyir) məhsul çeşidinin 2030-cu ilə qədər qlobal avtomobil satışlarının 40 faizini təşkil edəcəyini gözləyir və bu müddət ərzində 2 milyondan çox elektrikli avtomobil istehsal etməyi planlaşdırır.

Əlavə olaraq, şirkətin 2040-cı ilə qədər qlobal avtomobil satışlarının 100 faizini təşkil edəcək EV və FCEV həlləri üçün elektrikləşdirmə hədəfi dəyişməz olaraq qalır.

Honda 2030-cu ilə qədər EV və FCEV üzrə 7 model təqdim edəcək.