Bu ilin yanvar-mart aylarında Azərbaycanın 62,83 milyon ABŞ dolları dəyərində 105,24 min ton neft məhsulu ixrac edib, 2023-cü ilin analoji dövründə isə bu göstəricilər müvafiq olaraq 179,4 milyon dollar və 300,33 min ton olub.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Komitənin məlumatlarına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 5,5 milyon dollar dəyərində 67,62 min ton koks ixrac edib ki, ötən ilin birinci rübündə bu göstəricilər müvafiq olaraq 29,9 milyon dollar dəyərində 72,84 min ton koks olub.
Neft koksunun ixracınının azalması 2024-cü ilin yanvar-mart aylarında bu məhsulun istehsalının 4,7 faiz azalması ilə əlaqədardır.