“Binance” kriptobirjası Dubayda “VASP” lisenziyası alıb. O, birjaya virtual və fiat valyutalarının mübadiləsi, kriptovalyutaların saxlanması və idarə edilməsi də daxil olmaqla virtual aktivlərlə müxtəlif əməliyyatlar həyata keçirmək hüququ verir.
Lisenziya əldə etmək yalnız “Binance”nin həmtəsisçisi Changpeng Zhao yerli təşkilatda səsvermə hüququndan imtina etdikdən sonra mümkün olub. O, hüququnu “Binance FZE”nin Dunay bölməsinə keçirib.