2024-cü ilin yanvar-fevral aylarında bağlanılan müqavilələrin ləğv edilməsi, lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması və digər hallarla bağlı təmin olunmuş müraciətlər üzrə sahibkarlar tərəfindən 149,650 manat vəsait istehlakçılara qaytarılıb.
“APA-Economics”in İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 5 dəfəyədək artıb.