Bu ilin yanvar-mart aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 milyard 548,98 milyon manat təşkil edib.
Trend BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 16,8 % artaraq 3 132 olub.
BFB-nin dövriyyəsinin 29,15 %-i və yaxud 2 milyard 200,357 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 61,1 % artaraq 468,381 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 2,5 dəfə artaraq 4 milyard 880,242 milyon manat olub.