2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 112 ev alıblar.
Marja.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı evlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26 ədəd azalıb. 2023-cü ilin yanvar-fevral dövründə Azərbaycan vətəndaşları Türkiyədə 138 ev almışdılar.
Azərbaycanlılar 2024-cü ilin yanvarında 52, fevralında isə 62 ev alıblar (ötən ilin yanvarında 65 ev, fevralında 73 ev).
Azərbaycanlılar Türkiyədə 2021-ci ildə 1517 ev, 2022-ci ildə 1330 ev, 2023-cü ildə isə 832 ev alıblar.
2024-cü ilin yanvar-fevral dövründə Türkiyədə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz azalaraq 3 min 907-yə düşüb. Ən çox mənzil satışı Rusiya vətəndaşlarına edilib.
Fevral ayında Rusiya vətəndaşları Türkiyədən 395 ev alıblar. Rusiya vətəndaşlarından sonra ən çox evi İran vətəndaşları (200 ev), İraq vətəndaşları (112 ev) və Ukrayna vətəndaşları (105 ev) alıblar.