ABŞ-ın Cənubi Dakota Universitetinin tədqiqatçıları plastik qablaşdırma paketinin plyonkasını banan qabığı ilə əvəzləməyi təklif ediblər. Yeni material möhkəmliyinə görə plastikdən geri qalmır, üstəlik, torpaqda sürətlə çürüyür.

Trend-in məlumatına görə, alimlər banan qabığından bioloji olaraq çürüməyə məruz qalan qablaşdırma paketi üçün lignosellüloz lifi almaq üçün üsul tapıblar. Dünyada istehsal və istehlak olunan böyük həcmdə bananın miqdarı nəzərə alınarsa, bu meyvədən alınan plyonka dünyada bütün plastiklərin 40 faizinə qədərini əvəz edə bilər.

Tədqiqatın müəllifləri bananın qabığını blenderdə əzərək, ondan lignoselülozu xaric etmək üçün xammalı kimyəvi şəkildə emal ediblər. Əldə olunan liflər ağardılıb, distillə edilib və əlavə kimyəvi emala məruz qalıb, bundan sonra yaranan materialdan sözügedən təbii plyonka hazırlanıb.