ABŞ ötən il 1 milyard dollar dəyərində Rusiya mənşəli yanacaq alıb.

APA xəbər verir ki, bu barədə CNN Enerji Və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) təhlillərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Rusiya nefti ABŞ-a dolayı yollarla – Hindistanda saflaşdırıldıqdan sonra daxil olub. ABŞ-ın Rusiya mənşəli yanacaq üçün köçürmələrinin qanuni yollarla baş tutduğu qeyd olunub.

Məlumata görə ötən il, Rusiya Hindistana ümumilikdə rekord 37 milyard dollar dəyərində xam neft ixrac edib ki, bu da Ukraynada müharibənin başlamasından əvvəlki dövrlə müqayisədə 13 dəfə çoxdur.