Qırmızı dənizdəki hücumlar səbəbindən Asiyadan Avropaya malların daşınma xərcləri 400 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Centiloni Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.

“Qırmızı dənizdən daşınmaların istiqamətləndirilməsi ilə əlaqədar olaraq, Avropa və Asiya arasında çatdırılma müddəti 10-15 gün, daşıma xərcləri isə 400 faiz artıb”, – deyə o qeyd edib. Eyni zamanda, Centiloni ümid etdiyini bildirib ki, bu problemlər Avropa İttifaqında inflyasiyanın ciddi artımına səbəb olmayacaq,

Avropa İttifaqı Qırmızı dənizdə ticarət gəmilərini müşayiət etmək üçün Aspides hərbi-dəniz əməliyyatının razılaşdırılmasını yekunlaşdırmaq üzrədir.