Prezident İlham Əliyevin fərmanı ilə bu gün ləğv edilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin portfeli “Qala Sığorta” şirkətinə ötürülüb.
Bu barədə “APA-Economics”ə “Azərsığorta”dan bildirilib.
Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi “Qala Sığorta”nın nümayəndələri tərəfindən həyata keçirilir.