2023-cü il ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 808 milyon 104 min manat, icbari sığorta növləri üzrə 334 milyon 432 min manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci illə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 22% və ya 160 milyon manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 37.8% və ya 91 milyon 681 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 41.9% artaraq 479 milyon 252 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13% artaraq 108 milyon 72 min manata bərabər olub.
Beləliklə, ötən il könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 54 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ildə 46.4 manata bərabər olub. 2023 il ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32.3 manat təşkil edib ki, bu göstərici əvvəlki ildə 39.4 manata bərabər idi.