“AtaSığorta” şirkətinin rəhbərliyinə yeni təyinat olub.
Bu barədə “APA-Economics”ə sığorta şirkətindən bildirilib. Məlumata görə, Orxan Qalib oğlu Məmmədov sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini təyin edilib. Qeyd edək ki, Orxan Məmmədov 2022-ci ildən “AtaSığorta” şirkətinin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100 % adıçəkilən holdinqə məxsusdur.