Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Almatı vilayətindəki Jetıgen kəndinin yerində Alatau şəhərinin yaradılması barədə fərman imzalayıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, Almatı vilayətinin İli rayonu yenidən təşkil olunacaq. Belə ki, Jetıgen kəndi rayonun tərkibindən çıxarılaraq vilayət əhəmiyyətli şəhər kateqoriyasına daxil olunacaq və Alatau şəhəri olaraq adlandırılacaq.