“PAŞA Sığorta” Azərbaycan Mərkəzi Bankının (AMB) əsas vəsaitlərini sığortalayacaq.
Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının əsas vəsaitlərinin sığortalanması xidmətinin satın alınmasına dair elan edilmiş açıq tender üzrə Satınalmalar komissiyasının 26 dekabr 2023-cü il tarixli qərarına əsasən “PAŞA Sığorta” ASC qalib elan edilib. Qalib sığortaçı ilə müvafiq satınalma müqaviləsi imzalanıb.