Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərinə qazandırmaqda davam edir. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə Birbank tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik 3 faizədək keşbek qazana bilərlər.
Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, “Birbank” mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu “Birbank” ilə skan edərək ödənişi tamamlamalıdır. “Birbank” keşbek kartı istifadə edən müştərilər “Birbank” mobil tətbiqində keşbek
kateqoriyaları arasından “Birbank”la m10 QR-nı çək və ödə! 3 faiz” kateqoriyasını seçməlidirlər.
“Kapital Bank”ın digər kart istifadəçiləri isə ödənişi “Birbank” mobil tətiqində QR-la edərək bütün ödənişlərdən 2 faiz keşbek qazanırlar. QR-kodla ödəniş üsulunu yalnız “Birbank” hesabına bağlı olan şəxsi “Kapital Bank” kartları
ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə ödəniş edilən məntəqə “Birbank” partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.
Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan “Birbank” hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki “Birbank” mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: https://bir.bank/bm10qosppr
“Birbank” kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın feysbuk və instaqram səhifəsinə müraciət edə bilərsiniz.
“Birbank” kartını sifariş vermək üçün “Birbank” tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya “Birbank” mərkəzlərinə müraciət edin.