İspaniyanın telekommunikasiya şirkəti Telefonica-nın 2026-cı ilə qədər 5 min 124 işçisini ixtisar edəcəyi bildirilir.
İspaniyanın “Telefonica” şirkətinin, qrup daxilində olan və təxminən 16 min işçisi olan “Telefonica Moviles”, “Telefonica Soluciones” və “Telefonica Espana”dan 2026-cı ilə qədər 5 min 124 nəfəri ixtisar etməyi planlaşdırdığı açıqlanıb. Şirkət “ERE” adlı qanundan istifadə edəcək. “ERE” İspaniyada zərər etməyə başlayan şirkətlərə işçiləri qanuni olaraq ixtisar etməyə icazə verir.
Marja xəbər verir ki, ixtisar şirkətdə 15 ildən artıq işləyən və 1968-ci ildən əvvəl doğulmuş şəxsləri əhatə edəcək.
İspaniya İşəgötürən Təşkilatları Konfederasiyasının prezidenti Antonio Qaramendi “Telefonica”nın kütləvi ixtisar qərarı ilə bağlı deyib: “Bu cür hadisələr şirkətlərin gələcəyi görüb irəliləməsi üçün baş verir”.
Avropanın ən böyük telekommunikasiya şirkətlərindən biri olan “Telefonica” 2011-ci ildə “ERE” elan etmiş və 6 min nəfəri işdən çıxarmışdı.