Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 19-da lisenziyasını ləğv etdiyi “Muğan Bank” ASC-dəki sığortasız vəsaitlərin böyük hissəsi 1 fiziki və 2 hüquqi şəxsə məxsusdur.

“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Muğan Bank”da 100 milyon manatdan çox sığortasız vəsait olub. Bunun 70 milyon manatdan çoxu fiziki şəxslərin, onun da təxminən 80 %-i bir nəfərindir. Hüquqi şəxslərin isə Bankda 20 milyon manatdan çox vəsaiti olub. Bunun da yarısı iki şirkətindir”, – deyə o qeyd edib.