Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin və nəqliyyat vasitələrinin sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 4-ü, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə dekabrın 12-si, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 13-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.