Bu ilin yanvar-sentyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 15 milyard 909,046 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 73,9 % çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 48,5 % artaraq 9 217 olub.
BFB-nin dövriyyəsinin 38,8 %-i, yaxud 6 milyard 179,771 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 25,9 % çoxdur.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 37,1 % artaraq 1 milyard 035,749 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 2,5 dəfə artaraq 8 milyard 693,527 milyon manat olub.