Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
“APA-Economics” xəbər verir ki, bununla bağlı Müşahidə Şurası sentyabrın 28-də qərar verib. Qərara əsasən, MDM-in İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin edilib.
Qeyd edək ki, Rəna İsgəndərova 2017-ci ildən yeni vəzifəsinə qədər beynəlxalq məsləhət şirkəti olan “Ernst & Young”da baş mütəxəssis , audit üzrə menecer vəzifələrində çalışıb. Ramin Nurəhmədov isə 2023-cü ilin iyul ayından etibarən Milli Depozit Mərkəzində fəaliyyətə başlayıb və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.