Azərbaycan Mərkəzi Bankı 1 hüquqi və 6 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaların qüvvəsini bərpa edib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar sentyabrın 28-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub. Səbəb sığorta vasitəçilərinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halları aradan qaldırmasıdır.