ABŞ Federal Ehtiyat Sistemi (FED) qlobal bazarların gözlədiyi faiz qərarını açıqlayıb. Fed faizini gözlənildiyi kimi sabit saxlasa da, əksər Fed rəsmiləri bu il növbəti faiz artımına işarə edib.
ABŞ Federal Ehtiyat Sistemi (ABŞ Mərkəzi Bankı, FED) faiz dərəcəsi 5,25-5,50 faiz aralığında saxlayıb.
İqtisadçılar da faizin sabit saxlanacağını gözləyirdilər.
FED rəsmiləri (19 üzvdən 12-si ) bu il daha bir dəfə faizin artırılacağını proqnozlaşdırırlar.
Qeyd olunub ki, məşğulluq artımı son vaxtlar səngiyib, lakin güclü olaraq qalır.