Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalmağa başlayıb. Bu il may ayının 31-nə AMB-nin valyuta ehtiyaları 9 milyard 175.7 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin dörd aylıq göstərici ilə müqayisədə 0,2% və ya 13,5 milyon manat azdır.
“APA-Economics” bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə, AMB-nin ehtiyatları ilin əvvəli ilə müqayisədə 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 26,9% artıb.