Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun korporativ idarə olunması üzrə yeni strategiya hazırlayır.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu strategiya sığorta sektorunun idarə olunması və inkişafının yeni modelini nəzərdə tutur.