İcbari Sığorta Bürosuna (İSB) məxsus avtomobil təkrar hərrac yolu ilə satışa çıxarılacaq.
İSB-dan AZƏRTAC-a bildirilib ki, əmlakın satışı ilə bağlı təkrar hərrac açıq auksion qaydasında keçirilməklə mayın 4-nə təyin edilib. Təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcək. Təkrar hərracda iştirak üçün satış qiymətinin 5 faizi, yəni 1665 manat məbləğində beh verilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 1 iş günü qalanadək hərrac sifarişçisinin hesabına ödənilməlidir.
Eyni zamanda, 500 manat məbləğində iştirak haqqı hərracın təyin edildiyi tarixə bir iş günü qalanadək hərrac təşkilatçısının hesabına qoyulmalıdır. Hərracla bağlı daha ətraflı məlumatları bu linkdən əldə etmək mümkündür: