“Unicapital İnvestisiya Şirkəti” ASC-nin Baş meneceri Tahir Qəribov vəzifəsindən azad edilərək “Unibank” ASC-nin Korporativ Biznes üzrə Baş İnzibatçısı təyin edilib.

“Report” xəbər verir ki, “Unicapital İnvestisiya Şirkəti”nə rəhbərlik isə Vüqar Namazova həvalə olunub.

V. Namazov vaxtilə “Bakı Fond Birjası” QSC-nin İdarə Heyətinin sədri olub, bu təyinata qədər isə “Unicapital”ın Baş menecerinin müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 300 min manat təşkil edir, təsisçisi 100 % “Unibank”dır.