Ötən il Türkiyədə təxminən 3,5 milyon daşınmaz əmlak alqı-satqısı həyata keçirilib.
Marja.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Nazirliyinin Torpaq Reyestri və Kadastr Baş İdarəsinə istinadən məlumat yayıb.
“Türkiyədə 2022-ci ildə 3 milyon 434 min 389 daşınmaz əmlak alqı-satqısı əməliyyatı aparılıb, vergi yığımının məbləği 41 milyard 555 milyon 953 min 953 türk lirəsi (2 milyard dollardan çox) təşkil edib”, – agentlik xəbər verir.
Ən çox daşınmaz əmlak alqı-satqısı üzrə əməliyyatlar İstanbulda aparılıb – 416 717. Ondan sonra Ankara – 214 053, İzmir – 169 987, Antalya – 131 838, Bursa – 124 190, Konya – 107 355, Qaziantep – 85 615, Kocaeli – 85 290, Balıkesir – 84 921 və Tekirdağ – 83 983 yer tururlar.