Ötən il Bakı Fond Birjasında (BFB) keçirilən əməliyyatların ümumi həcmi 14 mlrd.947 mln. 984,521 min manat təşkil edib.
“APA-Economics” BFB-yə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə bu, 2% azdır. Bildirilib ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət qiymətli kağızlar üzrə ticarət həcmində 14%, korporativ qiymətli kağızlar 93%, korporativ qiymətli kağızlar üzrə: ilkin bazar 17%, təkrar bazar 405%, korporativ qiymətli kağızlar üzrə repo əməliyyatları üzrə isə 2694% artım müşahidə olunub.
Həmçinin, ötən ilə müqayisədə ümümi repo əməliyyatları üzrə 30% azalma qeydə alınıb. 2022-ci ilin dekabr ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,193,278,402 manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 4% azalma müşahidə olunmuşdur. 2022-ci il ərzində Bakı Fond Birjasında ötən ilə nəzərən korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayı 36% artaraq 45 təşkil etmiş, kütləvi üsulla həyata keçirilmiş korporativ qiymətli kağız yerləşdirilməsi (ipoteka istiqrazları istisna) sayında isə 47% artaraq 34 olub.
Bazarlar / Əməliyyatlar | 01.01.2022-31.12.2022 | 01.01.2022-31.12.2022 | ||
Əqdlərin həcmi (manatla) | Əqdlərin sayı | Əqdlərin orta günlük** həcmi (manatla) | Əqdlərin orta günlük sayı | |
1. Dövlət qiymətli kağızları | 8,312,835,409 | 2,506 | 34,493,093 | 10.40 |
1.1. İlkin bazar | 7,304,001,910 | 1,590 | 30,307,062 | 6.60 |
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) | 2,406,752,818 | 532 | 9,986,526 | 2.21 |
ARMB* qiymətli kağızları | 4,897,249,092 | 1,058 | 20,320,536 | 4.39 |
1.2. Təkrar bazar | 1,008,833,499 | 916 | 4,186,031 | 3.80 |
Dövlət istiqrazları | 657,116,423 | 811 | 2,726,624 | 3.37 |
ARMB qiymətli kağızları | 351,717,075 | 105 | 1,459,407 | 0.44 |
2. Korporativ qiymətli kağızlar | 1,574,691,409 | 3,884 | 6,533,989 | 16.12 |
2.1. İlkin bazar | 765,768,754 | 416 | 3,177,464 | 1.73 |
2.1.1. Səhmlər | 49,636,160 | 112 | 205,959 | 0.46 |
2.1.2. İstiqrazlar | 716,132,594 | 304 | 2,971,505 | 1.26 |
– İpoteka istiqrazları | 450,799,125 | 18 | 1,870,536 | 0.07 |
– Digər istiqrazlar | 265,333,469 | 286 | 1,100,969 | 1.19 |
2.2. Təkrar bazar | 808,922,656 | 3,468 | 3,356,526 | 14.39 |
2.2.1. Səhmlər | 14,563,840 | 2,549 | 60,431 | 10.58 |
2.2.2. İstiqrazlar | 794,358,815 | 919 | 3,296,095 | 3.81 |
– İpoteka istiqrazları | 627,809,525 | 42 | 2,605,019 | 0.17 |
– Digər istiqrazlar | 166,549,290 | 877 | 691,076 | 3.64 |
3. Repo əməliyyatları | 5,060,457,703 | 4,111 | 20,997,750 | 17.06 |
Dövlət istiqrazları üzrə | 3,541,143,761 | 3,543 | 14,693,543 | 14.70 |
ARMB qiymətli kağızları üzrə | 1,417,814,409 | 297 | 5,883,047 | 1.23 |
Korporativ qiymətli kağızlar üzrə | 101,499,533 | 271 | 421,160 | 1.12 |
Cəmi (1+2+3) | 14,947,984,521 | 10,501 | 62,024,832 | 43.57 |
– o cümlədən: ilkin bazar | 8,069,770,664 | 2,006 | 33,484,526 | 8.32 |
– o cümlədən: təkrar bazar | 1,817,756,154 | 4,384 | 7,542,557 | 18.19 |