442 güzəştli mənzilin seçimi zamanı kənardan müxtəlif şəxslər tərəfindən xüsusi informasiya texnologiyalarından istifadə etməklə mənzil seçiminə müdaxilə edildiyi müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bununla bağlı cinayət işi başlanılıb.

“Araşdırma zamanı mənzillərin güzəştli şərtlərlə satılarkən seçim prosesinə müdaxilə halı müəyyən edilib.

Qeyd olunan şəxslər ifşa olunub və təqsirləndirilən şəxslər qismində cinayət məsuliyyətinə cəlb olunublar, bir nəfər barəsində beynəlxalq axtarış elan olunub. Cinayət işləri məhkəməyə təqdim ediləcək və hansı cəzanın verilməsini məhkəmə müəyyən edəcək.”, – deyə o bildirib.