Bu gün rublun məzənnəsi mövzusu Rusiyanın iqtisadi siyasətində əsas mövzudur.

Marja xəbər verir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib.

“Rubl həddindən artıq güclü olmağa davam edərsə, bəzi ixracatçılar istehsalı azaltmalı olacaqlar” – Reşetnikov deyib.

Məsələn, Rusiyanın metallurgiya sənayesində rentabellik aşağı düşüb. Bunun səbəbi Rublun həddindən artıq möhkəmlənməsidir.

Qeyd edək ki, Rusiya hökuməti gələn həftə ixracatçılar üçün rublun məzənnəsi ilə bağlı vəziyyəti nəzərdən keçirəcək.

Ticarət məlumatlarına görə, Moskva birjasında dolların məzənnəsi 2015-ci ilin may ayından, avronun məzənnəsi isə 2015-ci ilin aprelindən minimuma düşüb. Dollar 2,88% dəyər itirərək 50,31 rubla, avronun məzənnəsi 2,95% azalaraq 52,94 rubla düşüb.