Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 875 000 (səkkiz yüz yetmiş beş min) manata təkrar açıq hərraca çıxarılacaq.

Bu barədə “Report”a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 27 may 2022-ci ildə saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8 750 (səkkiz min yeddi yüz əlli) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 875 000 8 750
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkde tanış ola bilərsiniz:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/aciq-herracin-kecirilmesine-dair-elan-42

Ləğvetmə Komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılıb.