Çinin Şençjen şəhərində iki milyon kvadratmetr sahəsi olan “Net City” şəhəri inşa edilir. Yeni şəhərin əsas özəlliyi yol kommunikasiyasının, eləcə də müasir enerjiyə qənaət edən texnologiyaların olmamasıdır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Net City” şəhəri təxminən Monako böyüklüyündə olacaq. Şəhərdə ofis mərkəzi, yaşayış massivi, məktəblər, mağazalar və digər zəruri infrastruktur nəzərdə tutulub. Yaşayış binaları üçün ən əlverişli panoramların yaradılması, eləcə də şəhərdaxili sektorların kölgələnməsi üçün “ağıllı” sistem yaratmaq üçün binalar ciddi plan əsasında tikilir.
Nəqliyyat rabitəsi yeraltı səviyyədə yerləşəcək. Səthində yaşıllıq zolaqları, velosiped yolları üçün yerlər, həmçinin piyada yolları var. Şəhərdə metro və bərə xidməti də tikilir. Şəhərin özəlliyi maksimum ekoloji təmizlik və təhlükəsizlik olacaq.
Layihənin 7 il ərzində başa çatdırılması planlaşdırılır. Tikintinin birinci mərhələsi 2022-ci ilin sonuna kimi başa çatdırılmalıdır.