Bakı Fond Birjasında (BFB) Zəyəm Texnologiyalar Parkının (ZTP) AZ1001003453 dövlət qeydiyyat nömrəli, 18 milyon manat həcmində, adi, adlı, sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi yekunlaşıb.

BFB-dən AZƏRTAC-a bildirilib ki, abunə yazılışı zamanı anderrayterə 69 investor tərəfindən 71 sifariş təqdim edilib. Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 18 milyon 514 min 204 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 18 milyon manat olub. Yerləşdirmə üzrə baş anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.