Dünyanın ən böyük onlayn-satış şirkəti “Amazon”un cari ilin üçüncü rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Məlumata əsasən, ötən rübdə şirkətin xalis mənfəəti 3,2 milyard dollar təşkil edib, 2020-ci ilin eyni dövründə isə bu rəqəm 6,3 milyard dollara çatıb. Əməliyyat gəlirləri də nəzərəçarpacaq dərəcədə azalaraq 6,2 milyard dollardan 4,9 milyard dollara düşüb.