Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dünyaca məşhur göydələn layihəsi Bürc Xəlifəni (Burj Khalifa) inşa edən şirkətin iflas etməsini tələb etdiyi bildirilir.

Marja xəbər verir ki, BƏƏ-də İngilis dilində yayımlanan Gulf News qəzetində yayımlanan xəbərdə Arabtec Holding PSJC və 5 törəməsinin  21 Mart tarixində Dubay Məhkəməsinə bir vəsatətlə müraciət etdiyi qeyd edilib.

İflas tələbini ehtiva edən vəsatətin müvafiq məhkəmə tərəfindən icra edildiyi və iflas araşdırması üçün 7 mütəxəssisin təyin olunduğu qeyd edilib.

Xəbərdə maliyyə ekspertizası aparacaq mütəxəssislərin şirkətin vəziyyəti barədə ətraflı hesabat hazırlayaraq məhkəməyə təqdim edəcəyi bildirilib.

Şirkət BƏƏ-nin simvolu olan Burj Khalifa və Louvre Abu Dhabi Museum kimi prestijli layihələri həyata keçirib.