Bildiyimiz kimi, ötən gün axşam saatlarından müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib. Qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.

Banker.az bu səbəbdən Azərbaycan banklarının bu günkü iş qrafiklərini araşdırıb.

Kəskin hava şəraiti ilə bağlı olaraq, bankların iş saatları qısaldılıb. Əksər banklar saat 16:00-dək fəaliyyət göstərir, bəzi banklarda isə artıq iş saatı 14:00-da bitib.