İngiltərədə daşınmaz əmlak qiymətləri 2020-ci ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 1,2% artım qeyd edib. Marja xəbər verir ki,  bir daşınmaz əmlakın qiyməti orta hesbla 249 min 633 min sterlinq səviyyəsinə yüksəlib.

İngiltərədə daşınmaz əmlak qiymətləri 2019-cu ilin noyabr ayı ilə müqayisədə 7,6% yüksəlib. Noyabrda ən yüksək artım 4% ilə paytaxt Londonda qeydə alınıb.

İngiltərədə, yeni növ koronavirus (Kovid-19) epidemiyası müddətində iqtisadiyyatı və əmlak sektorunu canlandırmaq üçün satışlar əmlak əməliyyat vergisindən (SDLT) azad edilmişdir.

Vergidən azadolma 31 Mart 2021-ci il tarixinə qədər davam edəcək.

SDLT vergisi, 500 min sterlinq dəyərindəki bir daşınmaz əmlakda təxminən 15 min sterlinqə bərabər gəlir.