Tesla, Çində super şarj istehsal təsisi quracaq.

Tesla, Çinin Şanxay şəhərindəki “gigafactory”sində istehsal etdiyi “Model Y”ləri təhvil verməyə başlayıb.

Marja xəbər verir ki, Çin Beynəlxalq Radiosunun xəbərinə görə, 1 Yanvardan etibarən sahiblərinə təhvil verilən “Model Y”lərin qiyməti 52 min dollardan başlayır.

Tesla, indiyədək Çində 5 min 700-dən çox doldurma cihazının olduğu 720-dən çox super enerji doldurma stansiyası açıb.