PAŞA Bank, kiçik və orta sahibkarların bizneslərini inkişaf etdirmələri üçün “Möcüzələr mümkündür” adlı Yeni il kampaniyasını 15 yanvar 2021-ci il tarixinədək uzatdı.
Belə ki, kampaniyadan faydalanmağa zaman tapmayan hüquqi şəxs və fərdi sahibkarlar 15 yanvar tarixinədək “Onlayn biznes krediti”-ni illik 16.5% faiz dərəcəsi ilə əldə edə bilərlər. Bu kreditdən yararlanan hüquqi şəxslər azaldılmış faiz dərəcəsindən əlavə bir illik PAŞA Bank Miles&Smiles Visa Biznes Platinum kartını, fərdi sahibkarlar isə Umico balansına 100 AZN bonus qazanacaqlar.
Bundan əlavə xatırladaq ki, kampaniya çərçivəsində hesabın açılması və ölkədaxili ilk ödəniş pulsuz, mühasibat və vergi hesabatı xidmət paketinə əvvəlcədən abunəliyə 10%, “Link ilə ödəniş” xidmətinə 20% endirim təklif olunur. Həmçinin, PAŞA Bank müştəriləri ekvayrinq xidməti üzrə “Dəstək” tarif paketində 10%, “Yüksəl” və “Parla” tarif paketində isə 5%, endirimdən yararlanmaq şansı əldə edirlər.
Ətraflı məlumat və kredit müraciəti üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order_site?utm_source=Trend.az
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.