Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

APA-Economics”in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 63,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (1 dekabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,1% və ya 0,7 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.