Bu il noyabrın 1-nə Azərbaycanda qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri nəzərə alınmadan manatla depozitlərin ümumi həcmi mlrd 578,8 mln manat təşkil edib ki, bu da oktyabrın 1-nə olan analoji göstəricidən 23,5 mln manat və ya 0,3 % çoxdur.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların manatla depozitləri ötən ilin analoji dövrü ilə müqayisədə isə 947,6 mln manat və ya 12,4 % artıb.

Qeyri-rezidentlər və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan xarici valyutada depozitlərin həcmi isə noyabrın 1-nə 8 mlrd 374,3 mln manat təşkil edib. Bu, oktyabrın 1-nə nisbətən 18,9 mln manat və ya 0,2 % çox, ötən ilin analoji dövrü ilə müqayisədə isə 1 mlrd 731,3 mln manat və ya 17,1 % azdır.