London Birjası (LSE) sahibi olduğu “Borsa Italiana”nın satışı mövzusunda Euronext ilə 4,3 milyard avro (5 milyard ABŞ dolları) qarşılığında razılaşdığını açıqlayıb.

London Birjası (London Stock Exchange – LSE) “Borsa Italiana”nın 4,3 milyard avro (5 milyard ABŞ dolları) qarşılığında Amsterdam, Brüksel, Dublin, Lissabon, Oslo və Paris birjalarının daxil olduğu “Euronext”ə satılması mövzusunda razılaşıb.

Marja xəbər verir ki, bu barədə LSE-nin yaydığı məlumatda bildirilir.

London Birjasının məlumat təminatçısı “Refinitiv”i 27 milyard dollara satın alması üçün Avropa Birliyi (AB) rəqabət təşkilatından icazə ala bilməsi üçün  “Borsa Italiana”nın heç olmasa bir qisimini satması lazım idi.

“LSE Group”un rəhbəri David Schwimmer, “Borsa Italianan-ın satışının AB-nin rəqabət mövzusundakı narahatlıqlarına diqqətə dəyər şəkildə cavab verəcəyinə inanırıq” ifadələrini istifadə edib.

Almaniyanın səhm birjası operatoru “Deutsche Börse” və İsveçrə birjasının sahibi SIX da daha əvvəl “Borja Italiana”nı satın almaq üçün təklif vermişdi.