Bu gün Dollar/TL məzənnəsi 7.6502 səviyyəsini test edərək rekord yeniləyib.

Marja xəbər verir ki,  Bakı vaxtı ilə saat 11:30-da, Dollar/TL məzənnəsi 7.65 səviyyələrində olub.

Türk Lirəsi Dollar qarşısında dünən 1% dəyərdən düşdüksən sonra, bu gün də 0,3% ucuzlaşıb.

Türkiyədə Avro 9 türk lirəsini aşıb.

ABŞ valyutası əksər mühüm valyutalar qarşısında bahalaşmaqdadır.

Bu həftənin ən əhəmiyyətli məlumatı Türkiyə Mərkəzi Bankının cümə axşamı günü açıqlayacağı faiz qərarı olacaq. Həmçinin, Türkiyə ilə Yunanıstan və Avropa Birliyi arasında Aralıq dənizidəki gərginlik də yaxından izlənir.