Universitetlərin və məktəblərin açılması kirayə mənzil bazarında artıma səbəb olmayacaq.

FED.az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, hələki universitetlərdə tam olaraq tədris bərpa edilmir: “Ona görə də kirayə mənzil qiymətlərinə elə bir təzyiq yoxdur.

Ən yaxşı halda qiymətlər sabit qala bilər. Ancaq növbəti aylarda dərslər başlasa, tələbələr Bakıya gəlsə, bazara təzyiq artacaq və bu da öz növbəsində qiymətlərə təsir edəcək, ancaq bu gün qiymətlərin artımı haqqında danışmaq tezdir”. (Trend)