“MİDA” MMC Bakıda salınacaq yaşayış kompleksinin tikintisinin layihələndirilməsi üçün elan etdiyi tenderin qalibini açıqlayıb.

FED.az xəbər verir ki, tenderi Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Baş Layihə İnstitutu “Azərdövlətlayihə” qazanıb.

“MİDA” MMC 18,81 ha ərazidə inşa olunacaq yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması üçün “Azərdövlətlayihə”yə 637 min 647 manat ödəyəcək.

Qeyd edək ki, yaşayış kompleksi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində salınacaq.